Tanınmış müğənni, "Eurovision" təmsilçimiz Səbinə Babayeva ilk dəfə oğlunun fotolarını paylaşıb.

BAKU.WS məlumat verir ki, müğənni oğlunun fotolarını Isntagram hesabında yerləşdirib. Səbinə fotonu "Həyatımın mənası. Ömrüm, nurum, nəbzim, həyatım, cənnət payım. Səni verənə qurban olum mənim mələyim" deyə şərh edib. İfaçının oğlunun adı Əlidir.  

Qeyd edək ki, S.Babayeva 2012-ci ildə rejissor Cavidan Qurbanovla ailə qurub. Cütlüyün oğlu bu ilin əvvəlində dünyaya gəlib. 
 
BAKU.WS