Mehman Hüseynovun şikayəti qismən təmin edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 13 və 26 saylı seçki məntəqələrində qanun pozuntusu aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 2 seçki (13 və 26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Oxşar xəbərlər
MSK daha 10 məntəqənin nəticələrini etibarsız saydı (YENİLƏNİB-2)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəs...
