SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

BAKU.WS-in xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd  Ziyad Səmədzadədir. 

20:00

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsindən namizəd Samir Məmmədovun müraciətinə baxılıb.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairədə baş verən qanun pozuntularına hüquqi qiymət verilməsini istəyib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı bir seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntu aşkarlanmayıb”.

İclasda həmin dairənin bir seçki məntəqəsi (30 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

18:35

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 107 saylı Qazax Seçki Dairəsindən namizədliyi qeydə alınan Ramin Göyüşovun müraciətinə baxılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, iddiaçı 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib: “Həm sosial şəbəkələrdə, həm də təqdim edilən videogörüntüləri tək-tək araşdırmışam. Təqdim edilən videogörüntülərdə iddiaçının dediyi qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqəsində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilməklə, şikayət qismən təmin edilib.

BAKU.WS