Rauf Arifoğlunun nəticələri ləğv olundu

13
fev
2020
17:12
Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclas keçirir.
BAKU.WS xəbər verir ki, iclasda 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə səsvermənin nəticələri ilə bağlı edilmiş şikayətlərə baxılıb.
Şikayətlər təmin edilib və dairənin nəticələri ləğv olunub.
Qeyd edək ki, R.Arifoğlu 49.2 faiz səs toplayaraq həmin dairədə lider namizəd idi.
İclasda bundan öncə Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi nəticələri ləğv edilmişdi.
Oxşar xəbərlər
MSK təcili iclas keçirir - nəticələr ləğv oluna bilər - YENİLƏNİB - 1
Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclasda 33 saylı xətai birinci seçki dairəsi il...
