“Kurtlar vadisi”ndə qan su yerinə axacaq

19
май
2009
11:31
Türkiyənin “Show TV” kanalında yayımlanan “Kurtlar vadisi pusu” serialında vəziyyət getdikcə gərginləşir. Filmin intiqam hissi ilə alışıb yanan qəhrəmanları aranı qarışdıracaq. Tələyə düşərək atəşin ortasında qalan “Memati”nin dadına “Polad” yetişəcək. “Halo dayı”nın ölüm xəbərini alan “Polad” qisas gününü səbirsizliklə gözləyəcək. O, polisə gedərkən orada serialın ən qəddar adamlarında olan “Cavad ağa” ilə qarşılaşacaq. Serilala yeni qatılan və xeyli qan tökən “Cavad ağa”nın bircə sözü “Polad”ı özündən çıxarmağa bəs edəcək. Filmin intiqam hissi ilə alışıb yanan bir qəhrəmanı da oğlu “Fuad”ın ölümü ilə sarsılan “Davud Tataroğlu”dur. “Davud bəy” qızı “İnci”nin təkidi ilə qatilin izinə düşəcək və “Yalçın Bulud”a işgəncə edər. “Yalçın Yılıdz”ın da qatıldığı işgəncəli sorğuda “Bulud” cinayəti “Memati”nin törətdiyini etiraf edəcək, “Yıldız” “Bulud”u öldürəcək. Nəticədə “Bulud” da serialla vidalaşacaq. “Yıldırım”ın ölümündən sarsılan “Muro” və qrupu qisas andı içəcəklər. “Memati”nin isə gözünü qan bürüyüb. Son olaraq, böyük qardaşını öldürmək andı içən “Mehmet Fikret Hazarbeyoğlu” andını yerinə yetirəcək, işlərinə burnunu soxan qardaşı “Ahmet Kudret Hazarbeyoğlu” qətlə yetirəcək. Serilaın 60-cı bölümü mayın 21-də yaymlanacaq. |






Похожие новости
Важное заявление о незарегистрированных домах: процесс регистрации недвижимости
В столице и Абшеронском районе насчитывается около 450 тысяч домов без документов. Владельцы тысяч домов, построенных на земельных участках различного назначени...
