"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Ziraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 11,591 milyon manat xalis mənfəətlə başa vurub.
BAKU.WS Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Yanvar-iyun aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 68,886 milyon manat (1 il əvvələ nisbətən 53,8 % çox), əməliyyat xərcləri 43,485 milyon manat (50,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,927 milyon manat (3,15 dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,924 milyon manat (26,1 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 559,974 milyon manat olub ki, bu da illik müqayisədə 46 % çoxdur. Bunun 810,701 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32 % böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 83,1 % artaraq 117,634 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 50 % artaraq 1 milyard 386,079 milyon manata, o cümlədən depozit portfeli 52,9 % artaraq 866,632 milyon manata, balans kapitalı isə 20,4 % artaraq 173,895 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...