Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ

Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ
Promo 42

Yango və JET birbaşa tətbiq daxilində elektrikli skuter icarəsini istifadəyə verib - Bakı sakinləri 2000 nəqliyyat vasitəsindən ibarət parka çıxış əldə edirlər.

Bakı sakinləri artıq "Yango Group" beynəlxalq texnologiya şirkətinin tərkibinə daxil olan "Yango" tətbiqi vasitəsilə JET elektrikli skuterlərini ayrıca servisə keçid etmədən və əlavə addımlar atmadan birbaşa icarəyə götürə bilərlər. Yeni funksiya şəhərin müxtəlif nöqtələrində istifadəyə verilmiş 2000-dən çox skuterdən ibarət parka çıxış imkanı yaradır.

Bu, necə işləyir?

Səfərə başlamaq üçün Yango tətbiqini açmaq, "Skuterlər" bölməsinə keçmək və skan düyməsini sıxmaq kifayətdir. Kamera seçilmiş skuterin üzərindəki QR-kodu oxuyur. Ayrı tətbiq quraşdırmağa ehtiyac yoxdur: ödəniş, səfər tarixçəsi və dəstək xidməti - bütün bunlar vahid "Yango" interfeysində əlçatandır.

Şəhər mobilliyi bir tətbiqdə

JET inteqrasiyası "Yango" supertətbiqi daxilində hərəkət formatlarının çeşidini genişləndirir: skuterlər taksi sifarişi, çatdırılma, naviqasiya və ictimai nəqliyyat cədvəllərini tamamlayır. JET elektrik skuterləri məhəllədaxili qısa marşrutlardan taksi ilə birgə istifadə olunan səfərlərədək Bakı üzrə vahid mikromobillik şəbəkəsi formalaşdırır.

"Biz çalışırıq ki, Bakı sakinləri hərəkət üsulunu seçməyə daha az, şəhər həyatının özünə isə daha çox vaxt sərf etsinlər. JET skuterlərinin "Yango" tətbiqinə inteqrasiyası məhz buna xidmət edir: lazım olan anda uyğun nəqliyyat vasitəsi, hər şey bir məkanda", – deyə "Yango Azerbaijan"ın rəhbəri Müşviq Həsənov bildirib.

"Yango Group" haqqında

"Yango Group" dünyanın müxtəlif ölkələrində yerli icmaların tələbatına uyğun qabaqcıl texnologiyalar hazırlayan beynəlxalq texnologiya şirkətidir. Şirkət Afrika, Latın Amerikası, Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionların 30-dan çox ölkəsində mobillik, çatdırılma, "foodtech", əyləncə və digər rəqəmsal xidmətləri inkişaf etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər