"Yango Ride" sürücülərə sertifikatlar əldə etməkdə dəstək olacaq

Bakı, 3 iyun - Qlobal texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan, onlayn taksi sifarişi servisi "Yango Ride" sürücülər üçün sertifikatların əldə edilməsi üzrə dəstək proqramınınicrasına başlandığını elan edir. Proqram sayəsində sürücülər təlimdəiştirak edə, şəhadətnamə imtahanını verə və tətbiq vasitəsiləişləmək üçün təsdiqləyici sənədi ödənişsiz əldə edə biləcəklər. Təşəbbüs servisin Azərbaycanda nəqliyyat sahəsinin vəxidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması strategiyasıçərçivəsində yaradılıb.
Birinci mərhələdə Bakıda "Yango Ride" servisinin 1200 nəfərdən çox sürücü tərəfdaşı etik davranış qaydalarını və avtomobilnəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqiaktları əhatə edən xüsusi hazırlıq proqramını pulsuz mənimsəyəbilərlər. Proqram çərçivəsində onlar həmçinin servisin dəstəyi iləixtisaslarını təsdiqləmək üçün imtahan verə biləcəklər. "YangoRide" proqramı genişləndirməyi və tətbiqdən istifadə etmək istəyənsürücülərə müntəzəm olaraq təlimlərdə iştirak etmək və dövlətimtahanı vermək imkanı yaratmağı planlaşdırır.
"Yango Ride" servisinin əsas məqsədi Azərbaycanda əlçatan, təhlükəsiz və texnoloji nəqliyyat mühitini inkişaf etdirməkdir. Bu, servisin keyfiyyəti üzərində fasiləsiz iş, səhvlərin nəzərə alınmasıvə aradan qaldırılması, yeni həllərin axtarışı deməkdir.Təşəbbüsümüz daha çox sürücünün təlim proqramlarından yararlanmasına və öz ixtisaslarını təsdiqləməsinə imkan verəcək. Biz həmçinin sertifikatı olan tərəfdaş sürücülər üçün yenilənmişbonus sistemini tətbiq etmək qərarına gəlmişik ki, burada xidmətkeyfiyyəti ön plana çıxır", - "Yango Azerbaijan"ın rəhbəri MüşviqHəsənov bildirib.
"Yango Ride" Azərbaycanda sertifikata malik olduğunu tətbiqdətəsdiqləmiş tərəfdaş sürücülər üçün xüsusi bonus proqramı tətbiq edir. İndi sertifikatı olan yeni sürücülər 250 AZN "xoş gəldin bonusu", servisin mövcud tərəfdaşları isə həftəlik şəxsi hədəfləri yerinə yetirməklə 155 AZN-dək bonus əldə edə bilərlər.
Proqram üzrə sertifikat almaq üçün müraciət, təlim prosesi vəimtahan vermə haqqında ətraflı məlumatı servisin tərəfdaş parklarından əldə etmək olar.
"Yango Azərbaycan" haqqında
"Yango Ride" taksi sifarişi və "Yango Delivery" çatdırılma tətbiqləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə"Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" vərestoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.
Oxşar xəbərlər
Növbəti "Sıfır Tullantı" həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı i...
