VTB (Azərbaycan) milli basketbol liqası ilə rəsmi tərəfdaşlığı davam etdirir - FOTO

VTB (Azərbaycan) milli basketbol liqası ilə rəsmi tərəfdaşlığı davam etdirir - FOTO
Foto
Promo 0

VTB (Azərbaycan) 2023/2024-cü yeni yarış mövsümündə Azərbaycan Basketbol Liqasının rəsmi tərəfdaşı olub.

Bank ikinci ildir ki, bu turniri dəstəkləyir. Turnirdə ölkəmizin 10 komandası iştirak edəcək.

Çempionat hər biri 9 tur olmaqla iki mərhələdən ibarətdir. Reqlamentə əsasən, mövsümü ilk altılıqda başa vuran klublar növbəti mərhələyə - pley offa yüksələcək. Bu il liqada “Sabah”, "NTD-İndiqo" (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizəaparacaqlar.

“Basketbol Azərbaycan üçün əsas idman sahələrindən biridir. Respublikada çoxlu sayda peşəkar idmançılar yetişib, onlar bu gün də klubların və milli komandaların tərkibində yüksək nəticələr əldəedirlər.

Biz öz tərəfimizdən ölkədə bədən tərbiyəsi və idmanın, o cümlədən peşəkar səviyyədə inkişafınafəal dəstək veririk. Ötən ilin noyabrında bank Azərbaycan basketbol liqasının rəsmi tərəfdaşı kimi çıxış etdi və uğurlu əməkdaşlığımız yeni mövsümdə də davam edəcək”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh edib.

VTB (Azərbaycan) sosial məsuliyyətli bank kimi müxtəlif idman tədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəal şəkildə dəstəkləyir.

2022-ci ilin noyabr ayında VTB (Azərbaycan) və ABL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən Bank milli Liqanın rəsmi sponsoru olub.Bu il VTB (Azərbaycan) həm də Red Bull Half Court basketbol oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edib.

Turda 70 milli komanda iştirak edib, onlardan ikisi - kişilər və qadınlar Serbiyada baş tutan finalda iştirak etmək imkanı əldə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər