Tamamilə yeni Toyota Hilux Azərbaycanda təqdim olunub
Toyota Azərbaycandakı müştərilərinə tamamilə yeni Toyota Hilux modelini təqdim etməkdən məmnunluq hissi duyur. Beləliklə, Toyota Hilux yolsuzluq şəraiti üçün dizayn edilmiş etibarlı və güclü pikap kimi öz mövqeyini daha da möhkəmləndirir.
50 illik qlobal uğurun üzərində inşa edilən Hilux dünyanın hər yerində üstün keyfiyyəti, dözümlülüyü və etibarlılığı ilə tanınır. Yeni nəsil Hilux özünü sübut etmiş mühəndisliyi müasir stil, təkmilləşdirilmiş rahatlıq və qabaqcıl təhlükəsizlik sistemləri ilə birləşdirərək azərbaycanlı müştərilərin tələblərini qarşılamaq ənənəsini davam etdirir.
Etibarlı Dizel və Benzin Performansı
Tam yeni Hilux Azərbaycanda dizel və benzin əsaslı mühərrikə sahib versiyalarda təklif edilir və sürücüləri müxtəlif yol şəraitində güclü və etibarlı performans ilə təmin edir.
2,8 litrlik turbo-dizel mühərriki yüksək fırlanma və dartma gücü yaradır ki, bu da onu kommersiya məqsədli istifadə, yolsuzluq şəraitində sürüş və uzun məsafəli səyahətlər üçün ideal edir. 2,7 litrlik benzin mühərriki isə gündəlik sürüş və müxtəlif növ yol şəraiti üçün uyğun olan stabil performans təklif edir.
Bütün versiyalar mexaniki sürətlər qutusu ilə təchiz olunub ki, bu da davamlılıq və dəqiq idarəetmə təmin edir.
İş və Macəra Üçün Dizayn Edilib
Ekskluziv olaraq iki kabinəli (4 qapılı) versiyada təqdim olunan yeni Hilux sərnişinlər üçün geniş salon təklif etməklə yanaşı, güclü yükdaşıma qabiliyyətini də qoruyaraq çoxyönlülüyü və komfortu bir araya gətirir.
Şassi üzərində kuzov konstruksiyası, möhkəm asqı sistemi və hündürlüyü sayəsində Hilux çətin yollar, kənd əraziləri və yolsuzluq üçün tam hazırlıqlıdır. Bununla belə, magistral və şəhər yollarında da sabit və komfortlu sürüş hissi təklif edə bilir.
Güclü Dizayn və Gündəlik Komfort
"Hilux"un eksteryer dizaynı "Toyota"nın "Dözümlü və Çevik" dizayn fəlsəfəsinə uyğun olaraq güclü və funksional xarakter daşıyır.
Salon isə əlverişli və sürücü yönümlü dizayna sahibdir. Komplektasiyadan asılı olaraq avadanlıqlara böyük multimedia ekranı, Apple CarPlay bağlantısı, rahat oturacaqlar, ikizonalı klimat-kontrol və funksional saxlama bölmələri daxildir ki, bu da həm biznes, həm də şəxsi istifadəni dəstəkləyir.
Qabaqcıl Təhlükəsizlik Funksiyaları
Tam yeni Hilux komplektasiyadan asılı olaraq, gündəlik və daha çətin sürüş şəraitində sürücüyə inamı və avtomobil sabitliyini dəstəkləmək üçün nəzərdə tutulmuş geniş təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə təchiz olunub.
Ətraflı məlumat üçün Toyoa Rəsmi Diler Mərkəzləri ilə əlaqə yarada bilərsiz:
· Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan
· Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11
· Fax: (+994) 12 496 70 12
· E-mail: [email protected]
· Website: www.toyotabaku.az
· Bakı-Sumqayit şossesi 6-cı km, Bakı, Azərbaycan
· Telefon: +994 12 349 00 60 / *0110
· E-mail: [email protected]
· Website: www.toyota-absheron.az
· Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə, Azərbaycan
· Telefon: (+994) 22 259 25 25
· E-mail: [email protected]
· Website: www.toyotaganja.az
Qalereya
Oxşar xəbərlər
"Bizon Max Kokteyl Yarışması 2026" uğurla başa çatıb
2026-cı ilin ən iddialı bar layihələrindən biri olan "Bizon Max Kokteyl Yarışması" uğurla yekunlaşıb. Layihə zamanı HoReCa sektorunun peşəkarları bir araya gəli...