Tam yenilənmiş Geely Okavango – Artıq Azərbaycanda! - FOTO

Tam yenilənmiş Geely Okavango – Artıq Azərbaycanda! - FOTO
Foto
Promo 300

7 yerli tam yeni Geely Okavango modeli artıq Azərbaycanda!

Yeni Okavango modeli qabaqcıl texnologiyalar ilə yenilənmiş dizaynı özündə birləşdirir. Eksteryer görünüşündə dizayn xətləri tamamilə dəyişilib. Interyerdə yeni mərkəzi konsol, çoxfunksiyalı sükan, oturacaq rahatlığı ilə daha zərif, yüksək keyfiyyətli sürüş etmək üçün tamamilə yenidən işlənib.

Geniş ailələr üçün nəzərdə tutulmuş bu 7 yerli avtomobil hər səyahəti unudulmaz təəssüratlara çevirəcəyini vəd edir. Onun geniş və universal interyeri bütün sərnişinlər üçün rahatlıq təmin edir ki, bu da onu həftəsonu səfərləri və ya gündəlik həyatın gəzintisi üçün idealdır.

Ən əsas yeniliklərdən biri də Okavango modelinin mühərrikidir. Əvvəlki 3 silindr mühərrikdən fərqli olaraq burada, 4 silindrli 2.0 L Turbo mühərrik ilə təchiz olunub. Bu da öz növbəsində avtomobilə 200 at gücü və 325 NM fırlanma anı bəxş edir. Təhlükəsizlik və rahatlığa gəldikdə, 2024-cü ildə yeni Okavango modeli genişləndirilmiş funksiyalara malikdir.

5 il və ya 150 000 km rəsmi zəmanət ilə təqdim olunan bu modelin qiyməti sadəcə 53 900 AZN təşkil edir.

Avtomobil ilə yaxından tanış olmaq və ətraflı məlumat əldə etmək üçün Babək prospekti 35A ünvanında yerləşən GEELY Bakı Mərkəzinə yaxınlaşmağınız kifayətdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər