“Sea Breeze” yay düşərgələrinə qeydiyyat başlandı! - FOTO

“Sea Breeze” yay düşərgələrinə qeydiyyat başlandı! - FOTO
Foto
Promo 42

4-16 yaşlı şagirdlər üçün ölkənin ən nüfuzlu istirahət mərkəzlərindən olan “Sea Breeze”-də yay məktəbi təşkil olunacaq.

LANDAU School və “Summer Schools Azerbaijan” (ISOPS) şirkətinin əməkdaşlığı çərçivəsində 17 iyun – 23 avqust tarixlərində "Sea Breeze"-də və LANDAU School-un eyniadlı tədris binasında yay məktəbi təşkil olunacaq.

Yay dövrü ərzində valideynləri narahat edən məqamlardan biri və bəlkə də birincisi övladlarının məktəb biliklərini tətil boyu unutması və yeni tədris ilinə kifayət qədər enerji yığa bilməməlidir. "Summer School" məhz bu problemi valideynlər üçün aradan qaldırır!

Yay məktəbində uşaqlar tətbiq olunmuş xüsusi proqram əsasında həm əylənəcəklər, həm də biliklərini təkmilləşdirəcəklər. Bununla yanaşı, özəl metodika ilə şagirdlər dünyagörüşlərini də artırmış olacaqlar. Belə ki, düşərgədə mütəmadi master-klasslar, müxtəlif istiqamətli təlimlər, həmçinin ekskursiyalar təşkil olunacaq.

"Sea Breeze" yay düşərgələrinin proqramına daxildir:

- İngilisdilli mühit (Azərbaycan və rus dillərində də uşaqlara dəstək göstəriləcək)

- Gün ərzində 3 dəfə qidalanma (səhər, günorta və axşam yeməyi)

- Uşaqların daşınması üçün təhlükəsiz, lisenziyalı və rahat nəqliyyat vasitəsi ("Gənclik" -m./st., "Koroğlu" m./st. və Mərdəkan)

- Peşəkar müəllim heyəti, həkim və mühafizə xidməti

- Gündəlik hovuz əyləncəsi, idman oyunları və master-klasslar

- Ekskursiyalar, "Talent Show" və "Party Time"

- "Aquapark" kartinq, "surfing" (əlavə xidmət)

- Müxtəlif komanda oyunları

Yay məktəbində həftəlik, o cümlədən aylıq iştirak da valideynin seçimindən asılı olaraq mümkündür.

Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün +994 50 792 99 80 nömrəsinə zəng və ya "WhatsApp" vasitəsilə müraciət edə bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər