Santral Elektrik QSC və Hyundai Electric strateji əməkdaşlığa start verdi

Santral Elektrik QSC və Hyundai Electric strateji əməkdaşlığa start verdi
Foto
Promo 77

13 fevral 2026-cı il tarixində Santral Elektrik QSC və Hyundai Electric şirkətlərinin avtomatika məhsullarına həsr olunmuş geniş təqdimat tədbiri keçirilib.

Koreya və Türkiyədən gələn rəsmi nümayəndələrin iştirakı ilə baş tutan bu görüş iki şirkət arasında yeni əməkdaşlığın rəsmi başlanğıcını simvolizə edib və tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanda rəsmi və eksklüziv tərəfdaşlıq münasibətlərinin başlanması elan olunub, enerji sektorunun gələcəyi, müasir elektrik texnologiyaları və innovativ həllər iştirakçılara təqdim edilib.

Təqdimat zamanı qeyd olunub ki, bu əməkdaşlıq yüksək keyfiyyət, etibarlılıq və innovasiya prinsiplərinə əsaslanaraq ölkədə enerji infrastrukturunun inkişafına mühüm töhfə verəcək. İştirakçılar yeni texnologiyalarla yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdiblər.

Tədbir Hilton Baku məkanında keçirilib və qurulan əlaqələrin uzunmüddətli, dayanıqlı əməkdaşlığa və birgə uğurlara zəmin yaradacağına inam ifadə olunub.

Son xəbərlər