"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir.
Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletdə 50 000 manat udulub.
Digər "Poz-Qazan" oyunlarında da uduşlar bol olub. "Qızıl"da 2 bilet, "Qış naxışı"nda 2 bilet, "Uduş xonçası"nda isə 1 biletdə 25 000 manat qazanılıb.
"Poz-Qazan" oyunları üzrə 10 biletdə 10 000, 11 biletdə 5 000, daha 11 biletdə isə 4 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub. Uduşlu biletlər "Prestij", "Sür Qazan", "Xoşbəxt", "Bəxt açarı", "Yığ Apar", "Qoşa" və s. oyunlarından qazanılıb.
Bəxtəvər qaliblər sırasında Samir Haqverdiyev, Tərlan Süleymanov, Səbuhi Əndəlifov, Rüfət Mürsəlzadə, Mansur Mehtiyev, Calaləddin Muxtarov və digərləri olub.
"Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunlarında 500 000 manatadək böyük uduşlar sahiblərini gözləyir.
Biletləri "Azərlotereya" satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, "Araz" və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Birbank-ın "Qazandıran bahar" kampaniyası ilə əlavə bonuslar qazanın
Ölkənin ilk rəqəmsal bankı Birbank "Qazandıran bahar" kampaniyasına start verir. Yeni kampaniya bankdan kredit kartı əldə edən müştərilər üçündür. Belə ki, 17 m...