Naxçıvan-Bakı reysləri "biletim.az" portalına əlavə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri "biletim.az" portalına əlavə edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.
Qeyd edək ki, Bakıdan Naxçıvana "biletim.az" portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir.
Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.
Bilet əldə etmək üçün sərnişinlər "biletim.az" saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.
Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dən yükləmək mümkündür.
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...