“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi
29
yan
2019
15:44
“Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqdadır. Mobil operator növbəti rəsmi və yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək. Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Oxşar xəbərlər
“Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi
“Nar” paytaxtda yeni mağazasını təqdim etdi. Müasir konseptə uyğun olaraq açılan “Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onla...