“Nar+” tətbiqini yüklə və hədiyyə qazan!
Müştəri təcrübəsini daim inkişaf etdirən “Nar” şəxsi hesablara rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçiləri üçün xüsusi kampaniyaya start verib.
Belə ki, tətbiqin yeni istifadəçilərinə qeydiyyatdan keçdikdən sonra 24 saat ərzində xüsusi bonuslar təqdim olunacaq. Kampaniya 19 aprel tarixinədək davam edəcək.
Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Belə ki, abunəçilər bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir. Tətbiqin daha bir unikal xüsusiyyəti isə eyni anda 5-dək hesaba nəzarət etmə imkanı verməsidir.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər
“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb
Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçil...