"Little Artists by Nigarxitektor" – Uşaqlar Üçün Yaradıcılıq Dərnəyi, Artıq 5 İllik Beynəlxalq Uğurla!

Little Artists by Nigarxitektor – Uşaqlar Üçün Yaradıcılıq Dərnəyi, Artıq 5 İllik Beynəlxalq Uğurla!
Foto
Promo 100

Bakıda yerləşən və uşaqların yaradıcı inkişafına yönəlmiş "Little Artists" rəsm və heykəltəraşlıq dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir. 3 yaşdan yuxarı uşaqların qatıldığı bu dərnəkdə məqsəd onların incəsənətə olan marağını artırmaq, yaradıcılıqlarını üzə çıxarmaq və beynəlxalq arenada tanıtmaqdır.

Dərnəyin təsisçisi və rəhbəri – 2012-ci ildən bu sahədə çalışan təcrübəli müəllim və rəssam Nigar Seyid, 2019-cu ilin sonlarında bu təşəbbüsü gerçəkləşdirərək uşaqlara rəsm sevgisini aşılayıb. Hazırda dərnəkdə həm rəsm, həm də heykəltəraşlıq dərsləri keçirilir və burada 100-lərlə  uşaq öz sənət yoluna ilk addımlarını atır.

Hər il Azərbaycan daxilində sərgilər təşkil edən "Little Artists", son iki ildə beynəlxalq uğurlarla da seçilir.

2024-cü ilin noyabr ayında ilk dəfə İstanbulda beynəlxalq sərgidə iştirak edən dərnək, artıq 2025-ci ilin may ayında İzmirdə ikinci beynəlxalq sərgidə iştirak edəcəklər. Bu ilin oktyabr ayında isə Parisdə, Louvre muzeyinin Karusel zalında üçüncü beynəlxalq sərgidə çıxış etməyə hazırlaşır. Bu, dərnəyin və balaca istedadların böyük uğurudur.

Bu sərgilər uşaqlar üçün böyük motivasiya rolunu oynayır. Onlar həm yeni dostluqlar qurur, həm də dünya incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Əldə olunan uğurlar uşaqlarda daha da böyük məqsədlər qurmağa və özlərini inkişaf etdirməyə ilham verir.

"Little Artists by Nigarxitektor" dərnəyinin əsas hədəfi – Avropanın bütün beynəlxalq sərgilərində iştirak edərək Azərbaycanlı uşaqları dünya incəsənət səhəsinə çıxarmaqdır.

Nigar Seyid bildirib ki:

"Biz hər sərgidə daha da uğurlu və keyfiyyətli işlər təqdim edirik. Bu, balaca rəssamlarımızın zəhmətinin və sevgisinin nəticəsidir. Onlar üçün bu təcrübə gələcəkdə həm yaradıcılıqlarına, həm də xarici dillərdə – rus və ingilis dillərində daha sərbəst ünsiyyət qurma bacarıqlarına böyük töhfə verir."

Uşaqlara sənət sevgisi aşılayan bu dərnək, gələcəyin rəssamlarını yetişdirməyə davam edir.

Son xəbərlər