Kristal yeniləndi: Yeni ad, yeni loqotip, yeni yanaşma!
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün, 31 may tarixində, Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan Kristal brendinin rebrendinq tədbiri keçirilir.
Tədbirdə şirkətin yeni loqotipi, vizual kimliyi, rəqəmsal platformaları və gələcək hədəfləri ictimaiyyətə təqdim olunur. Rebrendinq, Kristalın uzun illər əsas tutduğu "insan amili"ni artıq brendin vizual və kommunikasiya strategiyalarında da ön plana çıxarmağı hədəfləyir. Bu, şirkətin yanaşma tərzində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
Kristal bu yeni mərhələdə yalnız vizual imicini deyil, həmçinin fəaliyyət strategiyasını da yeniləyir. Şirkət yaxın zamanda yeni şəhərlərdə fəaliyyətini genişləndirməyi, yeni yaşayış konseptləri ilə çıxış etməyi və müştəri təcrübəsini rəqəmsal mühitdə daha əlçatan və funksional etmək məqsədilə yeni vebsayt və mobil tətbiq təqdim etməyi planlaşdırır.
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...