"Kristal" yeni mərkəzi satış ofisini açdı - bütün layihələr artıq bir ünvanda!
"Kristal" müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib.
Ofis "Elmlər Akademiyası" metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78, "Merida Premium" layihəsində yerləşir.
Yeni satış ofisi "Kristal"ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən layihələr barədə məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada layihələrin ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və büdcələrinə ən uyğun seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak konsultasiyası formatında həyata keçirilir və hər bir alıcıya fərdi yanaşma təqdim olunur.
Mərkəzi satış ofisində "City Garden Narimanov", "Park Yasamal", "Sahil Park Sumqayıt", "Biləcəri yaşayış kompleksi", "Kristal Towers", "Yeni Sumqayıt", "Highland Residence" və "Park Xırdalan" layihələri üzrə detallı məlumat əldə etmək mümkündür.
Hazırda şirkət müxtəlif satış mexanizmləri təklif edir. Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, 12 və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur. Onu da qeyd edək ki, hazırda "Evini hissə-hissə al" kampaniyası da davam edir. Bu model kredit və faiz olmadan hissəli ödənişlə mənzil sahibi olmaq imkanı yaradır. Müştərilər bütün bu imkanları bir məkanda dəyərləndirərək öz gələcək planlarına ən uyğun qərarı verə bilərlər.
"Kristal"ın Mərkəzi satış ofisi mənzil seçimini daha rahat, şəffaf və əlçatan edir. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşmaq və ya *1544 qısa nömrəsinə zəng etmək kifayətdir.
Ətraflı: *1544
Oxşar xəbərlər
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti"nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində f...