“Hyundai Azərbaycan” tam elektrikli avtomobil IONIQ 5 modelini təqdim etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
26 iyul tarixində “Hyundai”-ın IONIQ alt brendinə mənsub olan yeni IONİQ 5 modelinin Azərbaycan bazarında rəsmi təqdimat mərasimi keçirildi.
Babək Prospekti 61C ünvanında yerləşən “Otoplaza Mall” avtomobil şəhərciyində baş tutan təqdimat mərasimində yerli media nümayəndələrindən başqa, dövlət rəsmiləri, bir sıra aparıcı şirkətlərin nümayəndələri və cəmiyyətimizin tanınmış şəxsləri və blogerlər də iştirak edirdilər.
Tədbirdə ilkin olaraq, “Auto Azerbaijan” şirkətinin direktoru Emil İsmayılov açılış edərək, şirkətin 26 il ərzində qət etdiyi inkişaf yolundan və təqdim olunan IONIQ 5 tam elektrikli avtomobilinin ekoloji avtomobil kimi üstünlüklərindən danışdı. Bundan başqa, AADA-nın İdarə Heyətinin Sədri Natiq Zərbəliyev və Ekologiya və Təbii Sərvətlər naziriliyinin rəsmisi Rasim Səttarzadə də söz alaraq ekoloji təmiz avtomobillərin stimullaşdırılmasından və bunun ölkəmiz və ümumi bəşəriyyət üçün əhəmiyyətindən danışdılar.
Yeni Hyundai IONİQ 5 Tam Elektrikli Avtomobil haqqında IONIQ 5 modeli Hyundai Motor Company şirkətinin E-GMP (Electric-Global Modular Platform) arxitekturası üzərində qurulmuş ilk elektrikli avtomobilidir. 58 və 73 kilovat-saat tutumu olan ion batareya ilə təchiz edilən avtomobilin yürüş potensialı, müvafiq olaraq, 354 və 450 kilometr nəzərdə tutulmuşdur.
Sürətli şarj sayəsində enerji ehtiyatının 80 faizini 18 dəqiqədə ərzində bərpa etmək mümükündür. Bundan əlavə avtomobilin 5 dəqiqə müddətində enerji yüklənməsi ilə 100 kilometrə qədər yürüş etmə potensialı da vardır.
Qalereya
Oxşar xəbərlər
Baharın gəlişini Novruz Bayramıyla qarşılayın!
Baharın ilk addımlarını Novruz tədbirləri ilə qarşılamağa hazırsınız? Elə isə hər birinizi möhtəşəm Novruz şənliklərinə dəvət edirik! Gənclik Mall, 28 Mall, Por...