HUAWEI MatePad 11,5"S: yaradıcılığınız üçün ilhamverici texnologiya

HUAWEI MatePad 11,5S: yaradıcılığınız üçün ilhamverici texnologiya
Promo 55

HUAWEI MatePad 11,5"S müasir texnologiyanın, incə dizaynın və geniş funksionallığın mükəmməl birləşməsidir. Bu cihaz iş, təhsil və yaradıcılıq sahəsində özünəməxsus bir alət axtaran insanlar üçün nəzərdə tutulub. Estetikaya və rahatlığa önəm verərək, sizin yaradıcı gücünüzü artırmağa, ideyalarınızı gərçəkləşdirməyə və günlük tapşırıqlarınızı daha asan yerinə yetirməyə imkan yaradır. HUAWEI MatePad 11,5"S ilə yeni zirvələrə çatmaq artıq mümkündür!

İlhamverici dizayn və rəng çeşidi

HUAWEI MatePad 11,5"S zərif stili və yüksək keyfiyyətli materialları ilə seçilir. Alüminum korpusu ona möhkəmlik qazandırır, yüngül çəkisi (510 q) isə gündəlik istifadə üçün mükəmməl edir. Planşet istifadəçilərin zövqünə uyğun seçim edə bilməsi üçün gümüşü və boz kimi cəlbedici rənglərdə mövcuddur.

Premium ekran maksimum rahatlıq üçün

HUAWEI MatePad 11,5"S-in ən önəmli xüsusiyyətlərindən biri 2800 x 1840 piksel görüntü imkanına malik 11,5 düymlük PaperMatte ekranıdır. Bu texnologiya kağızın teksturasını imitasiya edərək oxuma və yazmanı daha təbii edir. Antireflektiv xüsusiyyətləri və 144 Hz-ə qədər adaptiv yenilənmə tezliyi sayəsində ekran yüksək aydınlıq təqdim edir və uzun müddətli istifadə zamanı göz yorğunluğunu minimuma endirir.

İnnovativ funksiyalar

MatePad 11,5"S sürətli və etibarlı məlumat ötürülməsini təmin edən Wi-Fi 6 simsiz bağlantı təklif edir. Cihaz eyni anda bir neçə pəncərə açaraq bir anda çox tapşırığın yerinə yetirilməsi rejimini dəstəkləyir - bu isə, effektivliyi dəyərləndirənlər üçün mükəmməl bir həll yoludur. Həmçinin, 10,000-dən çox basma səviyyəsini dəstəkləyən HUAWEI M-Pencil üçüncü nəsil stilusu yaradıcılıq ideyalarınızı reallaşdırmaqüçün əvəzolunmaz bir alətdir.

Yaradıcılıq üçün parlaq imkanlar

HUAWEI MatePad 11,5"S sizə güclü yaradıcılıq proqramları dəstinə çıxış imkanı verir. GoPaint proqramı 100-dən çox fırça növü təqdim edərək rəsmləri asan və əyləncəli edir. Yenilənmiş "Notlar" proqramı isə qeydləri rahatlıqla yazmağa və audio ilə sinxronizasiya etməyə imkan tanıyır ki, bu da tələbələr və peşəkarlar üçün olduqca faydalıdır.

Enerji doldurmadan uzun müddət istifadə

8800 mAh-lıq batareya ilə MatePad 11,5"S tez-tez enerji doldurmağa ehtiyac olmadan uzun müddətli istifadəni təmin edir. Bu, aktiv həyat tərzi sürən və daim məhsuldarlıq axtaran insanlar üçün xüsusilə faydalıdır. Üstəlik, sürətli enerji yığımı dəstəyi uzun müddət gözləmədən vacib işlərinizlə məşğul olmağı mümkün edir.

Cazibədar qiymət

İnnovasiyalara və yüksək xüsusiyyətlərə baxmayaraq HUAWEI MatePad 11,5"S-in həm adi həm də PaperMatte ekranlı versiyası əlverişli qiymətini qoruyur, bu da onu tələbələr və peşəkarlar üçün mükəmməl seçimə çevirir.

Bu planşetlə siz:

● Layihələr üzərində daha effektiv çalışa bilərsiniz.

● Möhtəşəm rəqəmsal incəsənət əsərləri yarada bilərsiniz.

● Dərsləri və mühüm anları asanlıqla yazıb qeydə ala bilərsiniz.

● Sevdiyiniz filmləri və serialları yüksək keyfiyyətdə izləyə bilərsiniz.

HUAWEI MatePad 11,5"S sizin üçün etibarlı bir köməkçi olacaq və yaradıcı potensialınızı kəşf etməyə dəstək verəcək!

Son xəbərlər