HUAWEI WATCH GT 3 42 mm ağıllı saatı tezliklə satışda - VİDEO
Huawei Consumer Business Group (BG) Azərbaycanda HUAWEI WATCH GT 3 42 mm ağıllı saatının tezliklə satışa çıxarılacağını elan edib.
Saat interfeysin sürətli cavab reaksiyası və idarə olunma rahatlığını təmin edən HarmonyOS 2.1 əməliyyat sistemi ilə işləyir. HUAWEI WATCH GT 3 42 mm 100-dən artıq məşq rejimi, uzunmüddətli batareya ömrü, həmçinin HUAWEI TruSleep™ yuxuya nəzarət alqoritmi və şirkətin nəbzin ölçülmə dəqiqliyini artıran HUAWEI TruSeenTM 5.0+ texnologiyası daxil olmaqla, orqanizmin parametrlərinin geniş monitorinq imkanları ilə təmin olunub.
Sadə dizayn
HUAWEI WATCH GT 3 42 mm interfeysin intuitiv və rahat şəkildə idarə olunmasını təmin edən, hərəkətləri yüksək dəqiqliklə müəyyən edən toxunuşla əks əlaqə funksiyasına malik fırlanan düymə ilə təchiz olunub. Bu düymə ekranda işarələr arasında sərbəst hərəkətə və izləmə rahatlığı üçün onları yaxınlaşdırıb/uzaqlaşdırmağa imkan verir. Hər zaman aktiv ekran funksiyası (AOD) isə lazım olan məlumatlara sürətli çıxışı təmin edir.
HUAWEI WATCH GT 3 42 mm saatının çəkisi 35 q, qalınlığı isə 10,2 mm təşkil edir. Qayışlar kauçuk və dana dərisi kimi yüksəkkeyfiyyətli materiallardan hazırlanıb, bu isə saatın rahat taxılmasını təmin edir.
Sağlamlıq monitorinqi və peşəkar məşqlər
HUAWEI WATCH GT 3 42 mm saatlarında ürək ritminin monitorinq texnologiyasının yeni HUAWEI TruSeenТМ 5.0+ versiyası tətbiq olunub. İşığın daha yaxşı nüfuz etməsi, enerji istehlakının azaldılması və saatın rahatlıqla taxılması üçün burada iki işıq mənbəyi, səkkiz işıq diodu və maili şüşə panelli sensor istifadə olunub. Məkan mövqeləndirmə sistemi iki diapazonda işləyir və beş sistemi dəstəkləyir, bu isə ünvanın dəqiqliklə təyin edilməsini təmin edir.
Yeni PPG 5.0 modulu sayəsində nəbzin ölçülmə dəqiqliyi əvvəlki nəsil saatları ilə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Bunun sayəsində ürək ritmi hətta intensiv fiziki məşqlər zamanı belə dəqiqliklə izlənilir. HUAWEI WATCH GT 3 42 mm ağıllı saatında qanda oksigen səviyyəsinin (SpO2), stress səviyyəsinin ölçülmə və menstrual dövrün izlənilmə dəqiqliyi də artırılıb. HUAWEI TruSleep™ yuxu monitorinqi texnologiyası gecə istirahəti zamanı orqanizmin parametrlərinə əsasən 200-ə qədər tövsiyə hazırlayır.
HUAWEI WATCH GT 3 42 mm ağıllı saatı məşqlərin yerinə yetirilməsinə nəzarət edir və onlara dair məlumatları təhlil edir, bu isə hər bir şəxs üçün fərdi yüklənmə səviyyəsini müəyyən etməyə və tənzimləməyə imkan verir. Xüsusi tövsiyələr fiziki imkanların cari səviyyəsini və istifadəçinin qarşısına qoyduğu hədəfləri nəzərə alır. İdman göstəricilərinin tədricən yaxşılaşdırılması üçün ağıllı saat məşqlərin intensivliyini mərhələli şəkildə artırır.
HUAWEI WATCH GT 3 42 mm 18 peşəkar rejim, açıq havada 12 məşq (qaçış, yeriş, alpinizm, yürüş, kross qaçışı, velosiped yürüşü, açıq suda üzgüçülük, triatlon, xizək, qaçış xizəkləri, snoubord, qolf) və qapalı məkanda 6 məşq (idman yerişi, qaçış, velosiped, hovuzda üzmə, elliptik və avarlı trenajor) daxil olmaqla 100-dən artıq idman növü təklif edir.
Fərdi məşq planı
Xüsusi “Qaçış üzrə ağıllı məşqçi” funksiyası həftəlik məşq planı daxil olmaqla, fiziki fəaliyyət üzrə fərdi tövsiyələr verir. Orqanizmin “Ağıllı məşqçi”nin təklif etdiyi məşqlərə reaksiyasını izləyərək, istifadəçi effektivliyin və fiziki yüklənmənin artırılması üçün idman rejimində dəyişiklik edə bilər. Üstəlik “Qaçış indeksi” (RAI) nəbz tezliyi, sürət və digər göstəricilərin dəqiq təhlili hesabına qaçış məşqlərinin səmərəliliyini artırır.
Əlavə enerji yığmadan iki həftə
HUAWEI WATCH GT 3 42 mm ağıllı saatı yüksək avtonomluğa malikdir: hər həftə 30 dəqiqə səsli zəng və Bluetooth ilə musiqi dinləmə, aktiv ürək ritmi və yuxu monitorinqi, GPS, bildirişlər və həftəlik saat yarımlıq məşqlər daxil olmaqla, əlavə enerji yığmadan 7 gün işləyə bilir. Bu zaman ekran təxminən 200 dəfə aktivləşdirilə bilər.
Oxşar xəbərlər
HUAWEI WATCH GT 3 ağıllı saatı Azərbaycanda satışa çıxdı
Huawei Consumer Business Group (BG) Azərbaycanda yeni nəsil HUAWEI WATCH GT 3 46 mm ağıllı saatının satışına başlayır. Saat interfeysin sürətli cavab reaksiyası...