Gənc futbolçular Arif Əsədovun rəhbərliyi altında Miras Futbol Klubuna qatılmağa dəvət olunur!
16
avq
2019
13:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın zəngin futbol ənənələrinin bərpa edilməsinə töhfə vermək məqsədilə yaradılmış və bu səbəbdən “MİRAS FK” adlandırılmış futbol klubuna qəbul üçün baxışlar davam edir. Arif Əsədovun rəhbərliyi altında ölkə çempionatına hazırlıq çərçivəsində, komandanın əsas heyətinə 6 - 11 yaş qrupu üzrə baxışlar keçirilir (Bazar Ertəsi, Çərşənbə və Cümə günəri, saat 11:00-da).Fərqlənmiş gənc futbolçular bir illik abunə sertifikatını və klubunun rəsmi formasını hədiyyə olaraq əldə edəcəklər. Miras Futbol Klubunun məşqləri H.Cavid prospekti 127m (Elmlər Akademiyası metrosunun yaxınlığında) ünvanında yerləşən FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, rahat soyunub-geyinmə otaqları və duş kabinələri ilə təchiz edilmiş AZFAR futbol meydançasında keçirilir. Sözügedən meydançaların ətrafında çoxsaylı avtomobil dayanacaqları mövcuddur. Məşqlərin gedişini rahat izləmək məqsədilə gənc futbolçuların valideynləri üçün xüsusi istirahət zonası yaradılmışdır.Peşəkar məşqçi korpusuna malik olması, klubun bazasının əlverişli məkanda yerləşdirilməsi, klubun yetirmələrinə fərdi yanaşmanın nümayiş etdirilməsi, müxtəlif turnirlərdə iştirakı, klubun müasir infrastruktura sahib olması Miras Futbol Klubunun səciyyələndirən cəhətlərindən hesab edilir. Əlavə məlumat üçün: +99477 500 03 23 (Zəng və ya WhatsApp).https://www.facebook.com/mirasfutbolklubu/ https://www.instagram.com/mirasfutbolklubu/
Oxşar xəbərlər
"Qəbələ" futbol klubuna yeni prezident təyin olunub
Tale Heydərovun "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub. Sabiq prezident tərəfindən 2008-ci ildə...