Expressbank-dan talassemiyalı uşaqlara dəstək
15
mar
2019
16:07
Expressbank-ın rəhbərliyi və əməkdaşları daimi ənənələrinə sadiq qalaraq növbəti qanvermə aksiyasını keçiriblər.
BAKU.WS xəbər verir ki, 12 Mart 2019- cu il Express İnkişaf Mərkəzində baş tutan aksiya qan xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədi ilə təşkil edilib.Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə ölkədə mütəmadi olaraq təşkil edilən aksiyada bankın 40 əməkdaşı könüllü qan verib.Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib.Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı qanvermə aksiyalarından asılıdır. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank daima xeyriyyə tədbirlərinin təşkili və dəstəyini gündəmdə saxlayır.Xatırladaq ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.BAKU.WSOxşar xəbərlər
Expressbank 20.000 manatı zaminsiz və girovsuz təklif edir
Expressbank zaminsiz və girovsuz 20.000 manatadək nağd kredit təklif edir. İş yeri olanlar illik 20% - dən başlayaraq 48 ay müddətinə təklif olunan kreditdən ya...