Efendiler Group #həmrəyolaq həştəqi ilə şirkətlərə çağırış etdi - FOTO
“Efendiler Group” Həmrəylik günü və Yeni il ərəfəsində şəhərin müxtəlif qəsəbələrində yaşayan 260 aztəminatlı ailələrə bayram sovqatı pay verdi. Bunu etməklə yanaşı “Efendiler Group” digər Azərbaycan şirkətlərinə çağırış etdi.
“Şirkətin icraçı direktoru Amal Əlili bildirdi ki, artıq uzun müddətdir ki, “Efendiler Group”un tərkibində xüsusi xeyriyyəçilik fondu fəaliyyət göstərir. Bu fond vasitəsilə “Efendiler Group” həm vətən müharibəsi dövründə, həm pandemiya zamanı və digər müxtəlif dövrlərdə maddi və fiziki durumu çətin olan ailələrə və fərdlərə davamlı olaraq yardım edir. Bununla yanaşı, fond həm də gənclərimizə təhsil ilə bağlı dəstək olmaqdadır.
Bu gün isə şirkətimiz Həmrəylik günü və Yeni il ərəfəsində 260 aztəminatlı ailəyə müxtəlif növ qida məhsulları ilə dolu böyük pay qutuları təqdim etmişdir.
Bununla da biz “Efendiler Group” olaraq qərar verdik ki, digər şirkətlərə bir növ estafet kimi rəsmi çağırış edək. Bizim atdığımız bu addıma qoşulsunlar və bizim etdiyimizin daha da artığını etməklə həmrəyliyimizə töhfə vermiş olsunlar. Qeyd edim ki, həmrəylik paylaşmaqdan başlayır. Onə görə də bugünkü həştəqlərimiz paylaşmaqla bağlıdır. Hər birinizin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilini təbrik edirəm”.
#həmrəyolaq
#paylaşaqhəmrəyolaq
Amal Əlili
İcraçı direktor – Efendiler Group
Qalereya
Oxşar xəbərlər
“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO
Hər zaman sosial məsuliyyətini dərk edən və bu istiqamətdə bir çox işlərə imza atan Bank of Baku Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində növbəti layi...