Dövlətin müasir səhiyyə sistemi - Heydər Əliyevin irsidir - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“R-Pharm” zavodu və “Servier-Azərbaycan” şirkəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçiriblər
Azərbaycanda səhiyyə sahəsinin uğurlu inkişafı, tibbi kadrların hazırlanması və müasir Azərbaycanın mütərəqqi səhiyyə sistemi bilavasitə Azərbaycan elminin inkişafına və təhsilinə hər zaman xüsusi diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlər həm də onunla izah olunur ki, Heydər Əliyev 1969-1982-ci illərdə respublikamızın lideri, 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olan zaman həyatın digər sahələri ilə yanaşı, səhiyyəmizin də yaxşılaşmasını təmin etmiş və onun hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri həyata keçirmişdir.
Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi sayəsində səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, səhiyyə sistemində çoxsaylı islahatlar aparılmışdır. Bu işdə, ilk növbədə, səhiyyənin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Bu məqsədlə Milli Məclis tərəfindən “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və bir sıra digər qanunlar hazırlanmış və təsdiq edilmişdir. Azərbaycan Prezidentinin “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş və daha sürətli aparılmasına şərait yaratmışdır.
Keçid dövrü ərzində səhiyyədə mütərəqqi dəyişikliklərin edilməsi və yeni səhiyyə sisteminin yaradılması məqsədilə 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti və UNICEF rəhbərliyi “Əməkdaşlıq Proqramı” imzalayıblar.
İslahatların əsas nailiyyətlərindən biri gələcəkdə özəl səhiyyə sisteminin və sığorta sisteminin tətbiq edilməsindən ibarət olmuşdur. Bu istiqamətlərdə normativ-hüquqi baza yaradılmış, “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Aparılan islahatlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktika tədbirləri nəticəsində ölkədə xəstələrin sayı kəskin surətdə azalmışdır. Məhz bu islahatlar sayəsində respublikada uzunömürlülük və reprodiktivlik göstəriciləri xeyli yaxşılaşmışdır, həyat keyfiyyətinin yaxşılaşdırılması tempinə görə isə Azərbaycan haqlı olaraq indi dünyanın qabaqcıl ölkələri sırasındadır.
Bu gün müasir Azərbaycan XXI əsrin əsas çağırışlarına layiqincə cavab verərək, xalqın sağlamlığını dövlətin inkişafının prioritet hədəflərindən birinə çevirir.
10 may 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyi tamam olur və 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunmuşdur.
Bununla əlaqədar, bütün ölkə üzrə başlıca məqsədi ətraf mühitin qorunmasına, təbiətin mühafizəsinə və ölkə ictimaiyyətinin diqqətini yaşıllaşdırmanın əhəmiyyətinə yönəltməkdən ibarət olan çoxsaylı ağacəkmə tədbirləri həyata keçirilir.
“R-Pharm” Şirkətlər Qrupunun Əczaçılıq Zavodu da Azərbaycandakı tərəfdaşı “Servier Azərbaycan” şirkəti ilə birlikdə bu genişmiqyaslı ekoloji aksiyaya qoşulublar. Belə ki, hər iki şirkətin işçiləri “R-Pharm” zavodunun ərazisində 100 ədəd bənövşəyi ərkəvan fidanı əkiblər.
Bu ağacların seçilməsi təsadüfi deyil. Bahar vaxtı çiçəkləyən bu ağacların al-əlvan rənglərinin xoş və gözoxşayan görünüşə malik olması ilə yanaşı, ərkəvan ağacı həm də yenilənmənin və yenidən dirçəlmənin canlı simvoludur. Bənövşəyi ərkəvanın da çiçəklənmə dövrü aprelin sonu - mayın əvvəlində, məhz Heydər Əliyevin doğum günü ərəfəsində başlayır.
Aksiya başa çatdıqdan sonra bu milli ənənəyə çevrilən təşəbbüsün xatirəsini uzun illər yaşadacaq xatirə lövhəsi qoyulmuşdur.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...