"Cahan Şirkətlər Qrupu"nun təşəbbüsü ilə şəhid ailələrinin azad edilmiş ərazilərə səfəri olub

"Cahan Şirkətlər Qrupu"nun və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan şəhid ailələrinin 63 üzvü Şuşaya səfər edib.
Avqustun 13-14-də təşkil olunan səfərin əsas məqsədi, Azərbaycanın işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və yaxınlarına Şuşa və digər azad edilmiş torpaqlarımızı tanıtmaq olub.
Səfər çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib. Ardınca tədbir iştirakçıları Bakıya yola düşüb, hava limanında xoş qarşılanmadan sonra Şuşa səfərinə davam ediblər.
Səfərin ilk günü, avqustun 13-də Şuşa şəhərinin "Xarıbülbül" hotelində qalan şəhid ailələri Şuşa qalasını ziyarət ediblər. Axşam yeməyindən sonra uşaqlar üçün rəsm məşğələsi təşkil olunub, çəkdikləri əsərlər hotelin foyesində sərgilənib və onlara maraqlı, şəkilli kitablar hədiyyə edilib.
Səfərin ikinci günündə iştirakçılar İsa bulağına səfər edib, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və Gövhər Ağa məscidini ziyarət edib, icra hakimiyyətində görüş keçiriblər. Nahardan sonra Bakı şəhərinə yola düşüblər.
Səfər zamanı görüşdə şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları dinlənilib. Bu təşəbbüs, şəhid ailələrinin mənəvi dəstəyə olan ehtiyaclarının qarşılanması və dövlətin onlara göstərdiyi diqqətin bir daha nümayişi kimi qiymətləndirilib.
"Cahan Şirkətlər Qrupu" və Naxçıvan Şəhid Ailələri İctimai Birliyi bu səfərin təşkilində göstərdikləri dəstəyə görə Prezidentin səlahiyyətli nümayəndəliyinə təşəkkürlərini bildirir. Bu ziyarət həm vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi, həm də onların ailələri üçün unudulmaz və mənəvi baxımdan dəyərli bir xatirə kimi yadda qalacaq.
Qalereya
Oxşar xəbərlər
"Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər"
BAKU.WS Real TV-yə istinadən xəbər verir verir ki, 2022-ci ildə salınan "Park Yasamal Yaşayış Kompleksi"nin sakinləri illərdir həmin ərazidə natəmiz şəraitdə ya...
