Bank BTB-dən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə növbəti dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
Bank BTB özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələri sevindirməyə davam edir. Belə ki, bankımız əhalinin həssas qruplarından daha 5 ailəni lazımi avadanlıqlarla təmin edərək yeni biznes qurmalarına kömək etdi.
Onlardan 1-i kiçik dərzi sexi, 1-i musiqi fəaliyyəti, 1-i broyler inkubatoru biznesi və 2-si telefon təmiri ilə məşğul olan Neftçala sakini Nəhmədova Elmira Ənnağı qızı, Gəncə sakini Hüseynov Gündüz Zahid oğlu, Şirvan sakini Əliməmmədov Sahil Maarif oğlu, Lənkəran sakini Fətullazadə Məhəmməd İlqar oğlu və Sabunçu sakini Pənahov Vüqar Şirməmməd oğludur.
Qeyd edək ki, proqramdan yararlananlar övladı fiziki məhdudiyyətli olan ailə və aztəminatlı şəxslərdir.
Nəzərinizə çatdıraq ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə regionlarda və Bakıda yaşayan 40 ailəyə dəstək olub.
Bank BTB-nin məhsul və xidmətləri barədə məlumat almaq istəyənlər bankın filial şəbəkəsinə və ya Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər.
Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Oxşar xəbərlər
Bank BTB özünüməşğulluq proqramında fəal iştirakına davam edir
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən özünüməşğulluq tədbirlərində Bank BTB aktiv iştirak edir. Belə ki, bankımız əhalinin...