Bakıda «Dahua Partner Day 2025» keçirildi

Bakıda «Dahua Partner Day 2025» keçirildi
Foto Video
Promo 104

Azərbaycanın paytaxtı Bakıda keçirilən genişmiqyaslı "Dahua Partner Day 2025" tədbirində "Dahua Technology" şirkəti "Avisec" ilə tərəfdaşlığa başladığını rəsmi şəkildə elan edərək qabaqcıl innovasiyalarını təqdim edib.

"Partner Day" - "Dahua Technology" şirkətinin müxtəlif ölkələrdə hər il keçirdiyi tədbirdir. Bu tədbirin məqsədi əsas tərəfdaşları, distribyutorları və biznes nümayəndələrini bir araya toplamaqdır. Tədbir çərçivəsində şirkət inkişaf strategiyasını paylaşır, yeni məhsul və həllərini nümayiş etdirir, həmçinin tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Bakıda böyük uğurla keçirilən və 300-dən çox qonağın iştirak etdiyi tədbir sadəcə sərgi deyil, həm də əməkdaşlığın qurulması və genişləndirilməsi üçün bir platforma oldu.

"Dahua Partner Day 2025" tədbiri çərçivəsində "Dahua Technology" şirkəti "Avisec" şirkətinə Azərbaycanda rəsmi eksklüziv distribyutor statusunu verdi. Bu strateji qərar "Avisec" şirkətinə olan yüksək etimadı və onun təhlükəsizlik sistemləri və İT həlləri sahəsindəki peşəkarlığını təsdiqləyir. Yeni status, yerli bazarda "Dahua"nın qabaqcıl texnologiyalarının tətbiqi və daha sıx əməkdaşlıq imkanları yaradır – videomüşahidə sistemləri və yanğından mühafizə həllərindən tutmuş təhsil, infrastruktur və şəhər təhlükəsizliyi üçün ağıllı texnologiyalara qədər.

"Bizə eksklüziv distribyutor statusunun verilməsi – fəaliyyətimizin yüksək qiymətləndirilməsi və mühüm bir addımdır. Artıq yaxın vaxtlarda müştərilərimiz daha peşəkar dəstək, Dahua innovasiyalarına birbaşa çıxış və keyfiyyətcə yeni xidmət səviyyəsi ilə qarşılaşacaqlar", – deyə "Avisec" şirkətinin icraçı direktoru Kamran Fərəcov bildirib.

"Biz Avisec şirkətini sadəcə distribyutor kimi deyil, yerli bazarın tələbatını dərindən anlayan və müştərilərlə etibarlı münasibətlər qurmağı bacaran strateji tərəfdaş kimi görürük. Bu, Dahua-nın Azərbaycanda dayanıqlı inkişafı və daha inamlı mövcudluğu üçün möhkəm təməlidir", – deyə "Dahua Technology Avrasiya"nın baş direktoru Anton Zhu qeyd edib.

Öz missiyasına sadiq qalaraq – daha ağıllı cəmiyyət qurmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq, Dahua eksklüziv distribyutoru Avisec ilə birgə Azərbaycanda tərəfdaşlar və müştərilər üçün dəyərli həllər təklif etməyə çalışır. Bu yanaşma daha təhlükəsiz, dayanıqlı və texnoloji baxımdan inkişaf etmiş bir mühitin formalaşmasına töhfə verir.

Bakıda keçirilən "Dahua Partner Day 2025" tədbirində rəqiblər arasında analoqu olmayan WizColor texnologiyası da daxil olmaqla ən yeni texnoloji həllər təqdim olundu. Eyni zamanda AcuPick, simsiz sistemlər, yanğın siqnalizasiya sistemləri, video-domofonlar, təhsil, ağıllı binalar, perimetr mühafizəsi üçün intellektual həllər və bir çox digər innovativ texnologiyalar nümayiş etdirildi.

Dahua Technology - videotexnologiyalara fokuslanan aparıcı qlobal AIoT həlləri təchizatçılarından biridir. Şirkətin 23 000-dən artıq əməkdaşı və güclü elmi-tədqiqat bazası mövcuddur ki, bu da ona 180-dən çox ölkə və regionda qabaqcıl texnologiyaları inkişaf etdirmək və tətbiq etmək imkanı verir.

Dahua-nın həlləri nəqliyyat və sənayedən tutmuş təhsil, pərakəndə satış, maliyyə sektoru, energetika və ekologiya kimi müxtəlif sahələri əhatə edir. AIoT sahəsindəki dərin bilik və təcrübə şirkətə ənənəvi təhlükəsizlik çərçivəsindən kənara çıxmağa və daha çox çeşidli, ağıllı məhsullar təqdim etməyə imkan yaradır.

Son xəbərlər