Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilib - FOTO
03
apr
2019
16:30
3 aprel 2019-cu il, Bakı – Aprelin 3-də Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aerovaniqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilmişdir.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı” olmuşdur.İclası AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev açmışdır.
İclasda həmçinin mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edirlər. Müşavirə iştirakçıları iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatların keçirildiyini vurğulamışdırlar.
Qeyd olunmuşdur ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.Səfər çərçivəsində iştirakçılar həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olmuşdurlar.BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib - FOTO
Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi...