Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən "high-tech" təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti Apple Vision Pro və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.
Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.
Qalereya
Oxşar xəbərlər
HONOR “MWC 2024”-də hər ssenarisi “AI” ilə gücləndirilmiş yeni strategiyasını təqdim edir - FOTO
Qlobal texnologiya brendi HONOR süni intellektlə işləyən çarpaz əməliyyat sistemi təcrübələri və bu məqsədə əsaslanaraq inkişaf etdirilmiş istifadəçi interfeysi...