Azərbaycanın "R-PHARM" əczaçılıq zavodu Rusiyanın "GEROPHARM" şirkəti ilə müqavilə bağladı

Azərbaycanın R-PHARM əczaçılıq zavodu Rusiyanın GEROPHARM şirkəti ilə müqavilə bağladı
Promo 158

"R-Pharm" MMC ("R-Pharm" Şirkətlər Qrupunun tərkib hissəsidir) və Rusiyanın biotexnoloji şirkəti "GEROPHARM" sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün dərmanların Azərbaycanda lokallaşdırılması sahəsində strateji tərəfdaşlıq elan ediblər.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "R-Pharm" zavodunda üç növ insulinlərin – RinGlar (insulin glargin), RinFast (insulin aspart) və RinFast Mix (ikifazalı insulin aspart) lokallaşdırılması və eyni zamanda bu preparatların ölkə daxilində kommersiya məqsədilə satışa çıxarılması nəzərdə tutulur.

Hazırda lokallaşdırılmış insulinin ilk istehsalat mərhələsi həyata keçirilmiş və preparatlar mülki dövriyyəyə buraxılmışdır.

"Azərbaycanda insulin istehsalının lokallaşdırılması – pasiyentlər üçün həyati əhəmiyyətli dərmanların əlçatanlığının artırılması yolunda mühüm addımdır. İlk partiyanın buraxılması, bazarı yüksək keyfiyyətli dərmanlarla təmin etməyə hazır olduğumuzu göstərir," – deyə "R-Pharm" zavodunun Baş direktoru Nataliya Badanina qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 320 min nəfəri keçib, onlardan 30 min nəfərə insulindən asılı diabet diaqnozu qoyulub. Rusiya-Azərbaycan tərəfdaşlığı bu xəstəlikdən əziyyət çəkən vətəndaşlar üçün müasir və effektiv dərman vasitələrinin əlçatanlığını artırmağa yönəlib.

Azərbaycanda xarici əczaçılıq preparatlarının istehsalının lokallaşdırılması – yerli pasiyentlərin beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli dərmanlarla təmin olunmasına kömək edən mühüm mərhələdir.

"GEROPHARM şirkəti MDB məkanında tam dövrəli insulin istehsalçısı olaraq bu sahədə aparılan təhlillər ilə tərəfdaşlarla bölüşməyə hazırdır. Ümid edirik ki, "R-Pharm" ilə birgə səylərimiz Azərbaycanın səhiyyə sisteminin möhkəmləndirilməsinə və şəkərli diabet xəstələrinin həyat keyfiyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək," – deyə GEROPHARM şirkətinin Baş direktoru Pyotr Rodionov vurğulayıb.

Azərbaycanda ilk əczaçılıq zavodu olan "R-Pharm" 2019-cu ildən etibarən Pirallahı Sənaye Parkında fəaliyyət göstərir. Zavod istehsalat, laboratoriya və logistika bölmələrini özündə birləşdirən MDB-dəki ən müasir əczaçılıq komplekslərindən biridir. Müəssisənin ümumi sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyondan artıq məhsul vahidi təşkil edir.

GEROPHARM – beynəlxalq GxP standartlarına uyğun biotexnoloji preparatlar istehsal edən şirkətdir. Şirkətin portfelində orijinal preparatlar, gen mühəndisliyi ilə yaradılmış insan insulininin biosimilyarları və analogları, eləcə də ümumilikdə 35-dən artıq dərman vasitəsi mövcuddur. GEROPHARM Rusiyada insulin bazarında lider mövqe tutur və dünyanın ən böyük 10 insulin istehsalçısı arasında yer alır. Şirkətin məhsulları Rusiya və digər 14 ölkədə təqdim olunur.

"R-Pharm" və "GEROPHARM" arasında qurulan yeni tərəfdaşlıq – respublikanın əczaçılıq sektorunun inkişafı və əhalinin tibbi təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımdır.

Son xəbərlər