Azərbaycanın ilk əczaçılıq zavodu "R-Pharm" Azerbaijan Business Award mükafatına layiq görüldü

Azərbaycanın ilk əczaçılıq zavodu "R-Pharm", "Milli əczaçılıq sənayesinin yaradılmasına verdiyi töhfəyə görə" nominasiyasında nüfuzlu Azerbaijan Business Award mükafatına layiq görülüb. Bu mükafat zavodun ölkədə müasir əczaçılıq sənayesinin inkişafında, dərman istehsalının lokallaşdırılmasında və qabaqcıl texnologiyaların tətbiqində oynadığı əsas rolu vurğulayır.
"R-Pharm" Azərbaycanda beynəlxalq GMP standartlarına uyğun innovativ dərman istehsalını qurmuş ilk zavoddur. Müəssisə həyati əhəmiyyətli dərman vasitələrinin təminatı ilə bərabər, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə əməkdaşlıq çərçivəsində, yerli mütəxəssisləri fəal şəkildə cəlb edərək və yetişdirərək, həm də ölkənin kadr potensialının inkişafına xüsusi önəm verir.
"R-Pharm üçün keyfiyyətli və sərfəli dərmanların istehsalı ilə eyni zamanda, həm də ümumi Azərbaycanın əczaçılıq sənayesinin inkişafı vacibdir. Bu gün zavodumuzda yüksək ixtisaslı yerli mütəxəssislərdən ibarət peşəkar komanda çalışır. Onların təcrübələri və bilikləri milli əczaçılıq sənayesinin gələcək inkişafına böyük dəyər qatır", – deyə "R-Pharm" zavodunun istehsalat müdiri Anar Səmədov mükafatın təqdimetmə mərasimində qeyd edib.
Azerbaijan Business Award – 2009-cu ildən Azərbaycanın biznes sahəsində ən nüfuzlu mükafatlarından biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir.
"R-Pharm" Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istifadəyə verilmişdir.
Bakıdakı "R-Pharm" əczaçılıq zavodu MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş istehsalat zonasının sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyondan artıq məhsul vahidi təşkil edir.
Zavod, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin sertifikatlaşdırılmış auditindən müvəffəqiyyətlə keçmiş və müvafiq istehsalat təcrübəsinin prinsip və qaydalarına, o cümlədən Avropa İttifaqında tətbiq olunan standartlara (GMP EU) uyğunluğunu təsdiq etmişdir.
Oxşar xəbərlər
AHİK-də "Caspian Energy Club"un nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "Caspian Energy Club"un nümayəndələri ilə görüş keçirilib. Özəl sektorla əməkdaşlıq çərçivəsində keçi...
