Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası IOSH-da akkreditasiyadan keçib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH - Institution of Occupational Safety and Health) tərəfindən akkreditasiyadan keçirilib.
Bu sənəd Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına əmək mühitində təhlükəsizlik və sağlamlıqla bağlı beynəlxalq standartlara uyğun təlimlər keçirməyə, iştirakçıların bilik və bacarıqlarını qiymətləndirməyə, həmçinin IOSH sertifikatı təqdim etməyə imkan yaradır. IOSH sertifikatı əldə edənlər artıq beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə ixtisaslı mütəxəssis hesab olunurlar.
Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. Təşkilatın əsas məqsədi iş yerlərində risklərin minimuma endirilməsi və işçilərin sağlam və təhlükəsiz mühitdə çalışmasının təmin olunmasıdır.
Oxşar xəbərlər
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Azərbaycanın qədim şəhərlərindən olan Gəncə bu gün sürətli inkişaf dövrünü yaşayır. Yeni layihələr şəhərə gözəllik qatır, sakinlərə rahatlıq və müasir həyat tər...
