AZAL yeni təyyarələr alacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
27 yanvar 2023-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.
Belə ki, bu günə kimi aviaşirkət üç Airbus A320Neo təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.
“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.
Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlər əldə etməsinə imkan yaradacaq.
Qalereya
Oxşar xəbərlər
Silk Way West Airlines donanmasını gücləndirmək üçün GE Aerospace mühərriklərini sifariş edib
Silk Way West Airlines yeni sifariş olunmuş uzaq məsafəli Boeing təyyarələrini gücləndirmək məqsədilə GE Aerospace ilə ümumi sayı on altı olan GE9X və GE90 mühə...