"Avrora" MMC "Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir" təşəbbüsünün iştirakçısı olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası "Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir" kampaniyasını davam etdirir.
Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, "Avrora" MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışıb.
Onun sözlərinə görə:
"Qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan daşınmaya qədər məsuliyyət və nəzarət əsas prioritetdir. Çünki istehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və məhz bu risklərin idarə olunması qida təhlükəsizliyinin təməl prinsiplərindən birini təşkil edir.
Bu cəhətdən market rəfinə qədər gəlib çatan hər bir məhsulun arxasında geniş və çoxşaxəli bir sistem dayanır. Həmin sistemin düzgün və davamlı şəkildə işləməsi isə gələcək nəsillərin sağlamlığının qorunmasında mühüm rol oynayır" deyə o bildirib. .
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qalereya
Oxşar xəbərlər
"Azpetrol" şirkətində "Konstitusiya və Suverenlik ili" çərçivəsində qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Respublika Qan Bankı", "Talassemiyasız həyat naminə" proqramı və "Konstitusiya və Suverenlik ili" çər...