Artıq "LANDAU School"da aylıq ödənişlə təhsil imkanı mövcuddur! Üstəlik, qidalanma daxil!

Artıq LANDAU Schoolda aylıq ödənişlə təhsil imkanı mövcuddur! Üstəlik, qidalanma daxil!
Promo 48

Övladına özəl məktəbdə təhsil vermək istəyən bir çox valideyn üçün illik ödənişi birdəfəlik həyata keçirmək bəzən çətinlik yaradır. Valideynlərin rahatlığını hər zaman ön planda tutan LANDAU School yeni tədris ilindən etibarən xüsusi imkanlar təqdim edir.

Növbəti tədris ili üzrə əsas yenilik təhsil haqqının aylıq şəkildə ödənilməsi imkanıdır. Artıq Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlər üçün təhsil haqqını aylara bölərək ödəmək mümkün olacaq. Bu, valideynlərə ailə büdcəsini daha sistemli şəkildə idarə etmək üçün kömək edir.

Bununla yanaşı, məktəbin təqdim etdiyi mühüm üstünlüklərdən biri də qidalanmanın təhsil haqqına daxil olmasıdır. Bu yenilik valideynlər üçün həm maliyyə, həm də təşkilati baxımdan daha əlverişli imkan yaradır.

LANDAU School-da qidalanma prosesi xüsusi diqqətlə təşkil olunur:

· Şagirdlər gündə 2 dəfə qidalanma – nahar və qəlyanaltı ilə təmin olunur;

· Menyular balanslı şəkildə hazırlanır;

· Qidalanmanın keyfiyyətinə qida mütəxəssisləri tərəfindən nəzarət edilir;

· Menyu hazırlanarkən valideyn rəyləri mütləq şəkildə nəzərə alınır.

Bu təkliflər LANDAU School-un sentyabrdan istifadəyə veriləcək yeni "City Garden" korpusunda (Nərimanov rayonu, İslam Abışov küçəsi) təqdim olunacaq. Müasir tədris mühiti və şagirdyönümlü yanaşma ilə hazırlanan bu korpusda Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərəcək.

Yeni "City Garden" korpusunda:

· Geniş və işıqlı sinif otaqları;

· 250 nəfərlik akt zalı;

· Böyük idman zalı;

· Açıq hava oyun ərazisi;

· Geniş ümumi zonalar;

· Ən son STEAM otağı və şagirdlərin inkişafını dəstəkləyən müasir imkanlar nəzərdə tutulub.

Təqdim olunan bu yanaşma LANDAU School-da həm şagirdlərin inkişafının, həm də valideynlərin rahatlığının daim əsas prioritetlərdən biri olduğunu əks etdirir.

Hazırda LANDAU School-a 2026/2027 tədris ili üzrə qəbul davam edir. Qeydiyyatdan keçmək üçün linkə keçid edərək onlayn formu doldurmaq kifayətdir: https://shorturl.at/4DDHd

Ətraflı: *1908.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər