"Akademiya Geniev" təlim mərkəzi artıq Bakıda! - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda cari ilin oktyabr ayından proqramlaşdırma və robototexnika sahəsində aparıcı beynəlxalq françayzinq modelində fəaliyyət göstərən "Akademiya Geniev" ("Академия Гениев") təlim kursları fəaliyyətə başlayıb.
Mərkəzdə Proqramlaşdırma və Robototexnika kurslarından başqa şahmat və rəsm kursları keçirilir. Bununla yanaşı yaxın aylarda data analitika kurslarının da təşkil olunması planlaşdırılır. Hazırda mərkəz bir neçə ölkədə 20-dən çox şəhərdə təmsil olunur və aktiv fəaliyyətdədir.
Mərkəzin missiyası XXI əsrin rəqəmsal əsr olduğunu nəzərə alaraq uşaqların və gənc yeniyetmələrin İT biliklərini artırmaq, mükəmməl proqramlaşdırma və robototexnika bacarıqlarına yiyələndirməkdir. Bu fəlsəfə əsasında gənclərin gələcək karyeralarında üstün bilik qabiliyyətinin formalaşmasına zəmin yaradacağına əminlik yaradır.
Qeyd edək ki, mərkəz Bakı şəhəri Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, Hüseyn Cavid küçəsi 78/81 ünvanında yerləşir.
Ətraflı məlumatı mərkəzin İnstaqram səhifəsindən əldə etmək mümkündür.
https://www.instagram.com/agenio_baku/
Qalereya
Oxşar xəbərlər
Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə Big Data texnologiyasını tətbiq edən Azercell Telekom bu sahədə ciddi irəliləyiş əldə edib. Sözügedən texnologiya...