ADY və Premium Bankdan qatarla səyahətdə yenilik: Millər biletə çevrilir

ADY və Premium Bankdan qatarla səyahətdə yenilik: Millər biletə çevrilir
Promo 180

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qatarla səyahətdə yeni təcrübə yaradan tərəfdaşlığa başlayıb.

BAKU.WS xəbər verir ki, Premium Bankın "AllMiles" loyallıq proqramı çərçivəsində həyata keçirilən birgə layihə ilə sərnişinlər səfər biletlərini topladıqları millər qarşılığında əldə edə biləcəklər.

Yeni inteqrasiya sayəsində "AllMiles" proqramının istifadəçiləri balanslarındakı millərlə ADY-nin ölkədaxili səfərlərinə biletləri rahat və sürətli şəkildə alacaqlar – Premium Bank kartları ilə gündəlik xərclər qarşılığında qazanılan millər real dəyərə çevrilərək qatarla tam yeni səyahət təcrübəsi yaradacaq.

Tərəfdaşlığın məqsədi sərnişinlərə daha innovativ və rahat xidmətlər təqdim etməkdir. "AllMiles" proqramının dəmir yolu ilə sərnişindaşımaya inteqrasiyası istifadəçilərə əlavə üstünlüklər qazandıraraq səyahəti daha çevik və müasir edir.

Bu yeni layihə nəqliyyat və bank sektorları arasında sinerji yaratmaqla ölkədə rəqəmsal loyallıq həllərinin inkişafına da mühüm töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfed...

741 Promo 15:14 21 aprel 2026

Son xəbərlər