25 oktyabrədək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər - AZAL
17
avq
2020
14:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.
Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənəd təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür.
Oxşar xəbərlər
AZAL sərnişinlərə müraciət edib
"Azərbaycan Hava Yolları" sərnişinlərə müraciət edib. BAKU.WS AZAL-a istinadla həmin müraciəti təqdim edir: "Yaranan suallar ilə əlaqədar olaraq, Azərbaycanın...