VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektronika və məişət texnikası avadanlıqlarının satışı ilə məşğul olan Maxi.az mağazalar şəbəkəsi "Mətbuat günü" münasibət ilə press tur keçirib.

BAKU.WS xəbər verir ki, təşkil olunmuş press turun əsas məqsədi jurnalistləri Maxi.az mağazalar şəbəkəsinin daxili iş prinsipləri və iş həyatı ilə tanış etmək idi. 


Bir məhsul haqda eşidirik və ya ehtiyac yarandığı zaman onu əldə etmək üçün satıldığı məkana üz tuturuq. Mağazada bizi qarşılayan, suallarımızı cavablandıran və məsləhət verən satıcılar olur. Satıcı şirkətin əsas təmsilçisidir. Alıcıda şirkət haqda fikir formalaşdıran əsas şəxsdir.


Bu gün biz Azərbaycan bazarında öz sözünü deyən və yerini tutan "İnteqral" şirkətinin daxilində pərakəndə satışla məşğul olan Maxi.az mağazalar şəbəkəsində nələrin baş verdiyini öyrənmək üçün əsas ofisə üz tutduq. Qeyd edim ki, İnteqral şirkəti 20 ildən artıqdır ki, bütün ölkə üzrə müasir salonlar və ölkədən kənara qədər inkişaf edilmiş geniş diller şəbəkəsi ilə ölkəmizdə telekommunikasiya xidmətləri və məişət texnikası sahəsində mühüm yer tutur. 


Bizi şirkətdə ilk Marketinq Departamentinin rəhbəri Arzu Mustafayeva qarşıladı və biz birlikdə şirkətin rəhbəri İlkin Qasımov ilə görüşdük. İlkin bəy jurnalistləri çox xoş qarşıladı və onları “Mətbuat günü» münasibəti ilə təbrik etdi. 



İlkin bəy jurnalistlərin “Maxi.az bazarda olan başqa mağazalardan nə ilə fərqlənir” sualına cavab olaraq, tur zamanı müxtəlif departamentlərə səyahət edib, şirkət barədə daha dolğun informasiya alacağını bildirdi. Bundan başqa o bildirdi ki, elektronika və məişət texnikası avadanlıqlarının satışı ilə məşğul olan Maxi.az mağazalar şəbəkəsi bazarda olan başqa mağazalardan həm də ona görə fərqlənir ki, müştərilər mağazanın daxilində yaradılmış onlayn satış sistemindən istifadə edə bilər. Bu onlayn sistem müştərilərə həmin mağazada bitmiş və başqa filialda olan məhsulu bir kliklə əldə etmək imkanı yaradır. 



Onu da qeyd edək ki, onlayn mağaza təkcə Azərbaycan bazarında yox, bütün BMT ölkələri bazarında öz texniki imkanlarına görə ən yaxşısı hesab olunur. Saytda məhsulu seçmək üçün standart variantlar mövcuddur. Siz məhsulu seçdiyiniz zaman, onun  müqayisəli xarakteriskasını və haqqında video məlumatı görə bilərsiniz. Bəyəndiyiniz məhsulu almaq üçün Azərbaycan bazarında fəaliyyət göstərən istənilən kredit və debit kartla ödəniş etmək kifayətdir.


Burada əsas modul ondan ibarətdir ki, müştəri istədiyi məhsulu seçib ödəniş etmək istədiyi zaman, onlayn formada şirkətin imzası və ödəniş qəbzi ilə birlikdə satış üçün lazım olan sənədləri əldə edir. Bu cür ödəniş korporativ müştərilər üçün xüsusilə rahatdır. 


İlkin Qasımov bildirdi ki, bu sistem yalnız onlardadır və müştərilər bir kliklə məhsulu seçir, ona dərhal ödəniş qəbzini və satış müqaviləsini əldə edir. Daha sonra məhsul qeyd edilən ünvana göndərilir. Bu cür sistem BMT ölkələri arasında yalnız Maxi.az-a məxsusdur.  




Daha sonra birlikdə İnformasiya mərkəzinin rəhbəri Kəmalə Əliyeva ilə tanış olduq. Burada sizin suallarınızı cavablayan və şikayətlərinizi dinləyən 8 operator çalışır. Departamentin müdiri Kəmalə xanım bizə iş sistemi haqda məlumat verməyə başladı. Bu departamentdə müştərilər üzləşdikləri problemi aradan qaldırmaq üçün qaynar xəttə zəng edir. Kəmalə xanım bildirir ki, operator çox səbrli olmalı və müştərinin problemini dinləməyi bacarmalıdır. Operatorlar müştərini dinləyir və onların suallarına cavab verir. Daha sonra müştərinin şikayəti və üzləşdiyi problem barədə Kəmalə xanıma məlumat verir. O da öz növbəsində yaranan problemi həll etmək üçün həmin şikayətləri aidiyyatı üzrə departamentə yönləndirir.


"Biz çalışırıq ki, gün ərzində yaranan problemi həll edək və müştəri ilə yenidən əlaqə saxlayaq. Bəzən problemin həlli üçün bir gün kifayət etməyə bilər. Biz o zaman, müştəri ilə əlaqə saxlayırıq və bu barədə ona məlumat veririk", deyə Kəmalə xanım bildirdi. Gün ərzində 500-600-dən çox zəng gəlir. Kəmalə xanım deyir ki, müştərilərin daha çox kreditlə bağlı və ya hər hansı keçirilən kampaniyalarala bağlı sualları üstünlük təşkil edir. Gələn zənglərə operativ cavab vermək üçün "ProCALL" proqramı quraşdırıb. 


Kəmalə xanım bizə qaynar xəttə gələn ən qəribə suallardan da danışdı. Müştərilərdən biri zəng edib ki, sizdən telefon alandan sonra mənə Braziliyadan Şakira zəng edir və ailəmdə problem yaşayıram. Hələ bu harasıdır? Müştərilərdən biri sadə telefon alıb. Daha sonra zəng edib ki, bəs sizdən aldığım telefonla mən "Bacanaqlar" serialına baxa bilmirəm. 



İnformasiya mərkəzinin iş rejimi ilə tanış olduqdan sonra yollandıq müştərilərin sevimlisi olan "Bonus Plus" tətbiqinin yarandığı departamentə. Departamentin rəhbəri Asif Qurbanov  bizi çox xoş qarşıladı və "Bonus Plus"proqramının necə işlədiyi haqda geniş məlumat verdi.. Haqında bəhs etdiyimiz "Bonus Plus" tətbiqi ilə alış-veriş etdiyiniz zaman siz proqramın partnyoru olan istənilən ticarət və iaşə nöqtəsində ödənişlər etdikcə, ödənilən məbləğin müvafiq faizi bonus şəkilində karta yüklənir. Toplanan bonusları istənilən zaman aldığınız məhsul və xidmətin qiymətindən endirim şəkilində istifadə edə bilərsiniz. Bonusların sayı məhsulun qiyməti qədər olsa, Siz həmin məhsulu tam pulsuz olaraq əldə edirsiniz. Eyni zamanda “Bonus Plus” müştəri sədaqət proqramının iştirakçıları müxtəlif aksiyalardan və xüsusi endirimlərdən yararlanmaq imkanı əldə edir. 



Turumuz öz axarı ilə davam edir və biz şirkətin əsas departamentlərindən biri olan Kadrlar departamentinə daxil olduq. Departamentin rəhbəri İlqar Babazadə verdiyimiz suallara cavab verdi. İlqar bəy Maxi.az şirkətinə işə götürdükləri zaman, işçidə əsas üstünlük verdikəri xüsusiyyətin öyrənməyə həvəsi olan şəxslərə üstünlük verdiklərini bildirdi.



Maxi.az şirkətində onları təmsil edən satış təmsilçiləri "Keyfiyyət Akademiyası" fəaliyyət göstərir. İlqar bəy deyir ki, işə götürdükləri şəxslər ilk akademiyada treninqlərdə iştirak edir. Daha sonra işə başlayır. Akademiyanın əsas vəzifəsi müştərilərə yüksək səviyyədə xidmət göstərən işçilər yetişdirməkdir. 


Həm akademiya ilə tanış olmaq, həm də treninqdə iştirak etmək üçün yollanırıq "Keyfiyyət Akademiyasına". Bu akademiya bizim öyrəşdiyimiz sıxıcı dərs otaqlarından ibarət deyildi. Treninqdə iştirak edən şəxslər yalnız öyrənməklə qalmır, elə akademiyanın daxilində yerləşən "Maxi.az", maketi olan otaqlarda təcrübə keçir. Akademiyanın daxilində kitabxana da mövcuddur. Burda tədris alan şəxslər həmin kitabxanadan rahat şəkildə istifadə edə bilir. Bundan başqa Maxi.az şirkəti öz işçilərini çalışdıqları brendləri daha yaxşı öyrənmək üçün xarici ölkələrə treninqlərə də göndərir. 


Kiçik çay fasiləsindən sonra nəhayət ki, gözlənilən treninq başladı. Təlimçi Nuranə Əliyeva bizə müştəri və satış psixologiyası barədə danışdı. Təlimdə biz satış prinsiplərini və müştəri ilə necə davranmalı olduğumuzu öyrəndik. Daha sonra müştəriləri narahat edən problemləri və onların həll yollarını müzakirə etdik.



Nahar fasiləsindən sonra isə satıcı kimi təcrübə keçmək üçün "Gənclik Mall"u birinci mərtəbəsində yerləşən Maxi.azin flaqman mağazasına yollandıq. Mən satış edə bilməsəm də satıcıların müştəriləri dinlədiyinin, onlara məhsul barədə dolğun məlumat verdiyinin və mədəni davranışlarının şahidi oldum. 

 

Bu maraqlı tur və təcrübə üçün Maxi.az şirkətinə təşəkkürümüzü bildiririk.


Rəsmi sayt - https://maxi.az
Facebook - fb.com/maxi.az.shop
Instagram - @maxiaz.shop
Əlaqə nömrəsi - *0900
BAKU.WS
QALEREYA