NIKOIL Bank xeyriyyə aksiyaları keçirdi

03
iyn
2019
18:01
İyunun 1-də, NIKOIL Bank sosial korporativ məsuliyyət proqramı çərçivəsində Beynəlxalq Uşaqlar Günü və Ramazan Bayramına həsr olunmuş iki xeyriyyə aksiyası keçirdi.Bank heyyəti Şağan kəndində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsinə baş çəkdi və əyləncə gecəsi təşkil edib, kiçik dostlara sevinc bəxş edərək, bayram hədiyyələrini təqdim etdi. Bankın təşəbbüsü ilə, Bakıxanov qəsəbəsində müqəddəs dini Ramazan bayram ilə əlaqədar olaraq, "İmam Rza" məscidində ənənəvi bayram iftarı təşkil olundu. Duaların oxunması ilə başlayan və axşam namazı ilə sona çatan mərasim, 150-dən çox oruc tutan şəxsin iştirakı ilə keçirildi. İftar iştirakçıları NIKOIL Bank tərəfindən dini dəyərlərə yüksək qiymət verilməsini qeyd edərək, minnətdarlıqlarını bildirdilər.Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.Bankın sosial şəbəkələrdə rəsmi səhifələrinin ünvanları: https://www.facebook.com/nikoilbank https://www.instagram.com/nikoilbank
Qalereya
Oxşar xəbərlər
NIKOIL | Bank nizamnamə kapitalını artırdı
NIKOIL | Bank-n səhmdarlarının 21 aprel 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən Bankın nizamnamə kapitalının artırılması prosesi yek...
