SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi Turizm sənayesi üzrə iş yarmarkası yekunlaşıb.

Yarmarkada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası, My Travel, Hüquq Bürosu, New Baku Hotel, Avenue Hotel, Dərs evi, Granit AS, GO Travel , Aristokrat Travel, Galaxy Travel, Greenwich travel, Extreme MMC, və s. şirkətlər iştirak edib.

İş yarmarkasının iştirakçıları şirkət nümayəndələri ilə görüşüb, müxtəlif sahələrə uyğun vakant yerlərlə tanış olublar.

Qeyd edək ki, iş yarmarkası 2 gün- 12-13 aprel tarixlərində AgroMall ticarət mərkəzində keçirilib.

BAKU.WS