VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “McDonald’s Azərbaycan” şirkəti Daun sindromlu uşaqlar üçün əsl bayram təşkil edib.

Əhmədli qəsəbəsində yerləşən “McDonald’s” restoranında təşkil olunan xeyriyyə aksiyasında 60-dan çox uşaq iştirak edib. Onlar üçün həm ləziz təamlardan ibarət süfrə açılıb, həm də xüsusi əyləncə proqramı, musiqi və rəqslər təşkil edilib. Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, dəvət olunan uşaqların çoxu “McDonald's Azərbaycan” şirkətinin “Care Group” ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər" xeyriyyə layihəsinin iştirakçılarıdır.

Bu layihə çərçivəsində art-terapiya, təsviri incəsənət, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri keçirilir.

Məlumat üçün bildirək ki, fevral ayında start verilən və ilin sonuna kimi davam edəcək bu layihə dövründə çəkilən bütün rəsmlər sərgidə nümayiş etdirilərək geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Hazırda rəsmlər üzərində iş sürətlə davam edir. Uşaqlar artıq bir neçə rəsmi tamamlayıblar və göstərilən müddət ərzində bu işi davam etdirəcəklər.

Qeyd edək ki, korporativ sosial məsuliyyət “McDonald’s” şirkətinin korporativ fəlsəfəsinin tərkib hissəsidir.

“McDonald’s” 23 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib.

“McDonald’s” şirkəti inanır ki, həyati çətinliklərlə üzləşmiş uşaqlara birlikdə kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.

BAKU.WS
QALEREYA