SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır.

Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib. Reyslər hər həftə yerinə yetiriləcək.

Aviaşirkətin Bakı - Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.

Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.

BAKU.WS