Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi - FOTO

Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi - FOTO
Foto
Promo 493

Bakı şəhəri, JW Marriott Absheron Baku otelində HONOR şirkəti yeni cihazlarını təqdim etdi. Belə ki, bu gündən etibarən yeni HONOR Xa seriyasının satışları start verildi. Yeni seriya öz seqmetində ən yaxşı material keyfiyyəti və performans təqdim edir.

üksək keyfiyyətli HONOR X9a modeli geniş baxış bucaqları və 120Hz yeniləmə tezliyi olan əyri OLED displeyi, uzunmüddətli batareya ömrü və yüksək performanslı Qualcomm® Snapdragon® 695 5G çipi ilə seçilir. Bütün bunlar premium dizayna malik gözəl korpusla tamamlanır. Bu yaxınlarda təqdim edilmiş smartfonlar silsiləsinin orta seqmenti sayılan HONOR X8a cəlbedici dizayna malik, böyük 6.7 düym HONOR FullView displeyi və 100 meqapiksellik üçlü kamerası olan, bu seqmentdə performansı və fotoçəkilişi yüksəldən universal smartfondur. Bu silsilənin kiçik modeli hesab edilən HONOR X7a avtonom rejimdə yeni sənaye standartını müəyyən edir. Bir tam enerji saxlama müddəti 2.5 gün təşkil edir, dəstdə sürətli batareya doldurma cihazı var. Honor X7a güclü kamera, geniş yaddaş tutumu və böyük ekrana malikdir. Bütün bunlar hər gündən maksimum dərəcədə səmərəli istifadə etmək istəyənlər üçün əla imkanlar yaradır. Münasib qiymətli HONOR Xa seriyalı smartfonlar texnologiyanı Azərbaycan istifadəçiləri üçün daha əlçatan etmək üçün nəzərdə tutulmuşdur.

«Biz texnoloji yeniliklər sayəsində müştərilərimiz üçün ən yaxşı istifadəçi təcrübələrini davamlı təqdim etməyə çalışırıq.” deyə HONOR-un Azərbaycandakı icraçı direktoru Şon Mao bildirib. O, həmçinin brendin Azərbaycanda sonuncu buraxılışdan sonrakı 6 ay ərzində ölkədə əldə etdiyi yüksək nəticələrindən də danışıb. Xatırlatmaq istərdik ki, sentyabr ayında şirkət Azərbaycanda flaqman smartfonunun rəsmi təqdimatını keçirib.

Təqdimat mərasimində şirkətin nümayəndəsi, biznes-təlimçi Fərid Ağalarov diqqəti seriyadakı ən böyük model olan HONOR X9a üzərində cəmləyərək qeyd etdi ki, bu modelin premium displeyi və cəlbedici dizayn xüsusiyyətləri var, eləcə də sözügedən smartfonun münasib qiyməti orta qiymət kateqoriyasından olan smartfonlar üçün yeni standartı müəyyən edir.

Xa seriyasının missiyası yüksək texnologiyaları daha əlçatan etmək üçündür. HONOR X9a bu vəzifənin öhdəsindən uğurla gəlir. Bu smartfon HONOR Magic 4-ün əsas flaqman kamerasının dizaynını miras almışdır. Kamera xüsusiyyətləri də flaqman səviyyəsindədir. HONOR X9a-nın əsas kamerası 64MP əsas obyektiv, 5MP geniş bucaqlı obyektiv və 2MP makro obyektiv daxil olmaqla güclü üç sensorlu sistemə malikdir. Onlar hamısı birlikdə görüntünün əla keyfiyyətini təmin edir və istifadəçilərə sadəcə bir düymə toxunuşu ilə gündəlik həyatlarını əlavə parametrlər və ya tənzimləmələr olmadan foto və videolara çəkərək həkk etməyə imkan verir.

HONOR Xa seriyalı smartfonlarını fevralın 9-dan etibarən İRŞAD və digər elektron mağazalarında əldə etmək olar. HONOR X9a üç əlamətdar rəngi ilə 749.99 AZN-ə satışa çıxacaq : Titan Gümüşü, Zümrüd Yaşılı və Gecəyarısı Qara. Fevralın 9-dan martın 26-dək alıcıları gözəl bonus hədiyyə gözləyir: HONOR Choice Earbuds X3 Lite qulaqcıqları. Kampaniyada iştirak edən cihazların sayı məhduddur. Cihaz alarkən satıcıdan mövcudluğu dəqiqləşdirin.

HONOR X8a smartfonunu 549.99 AZN-ə birdəfəlik ödəniş etməklə və ya hissə-hissə ödəniş etməklə almaq olar. Mövcud olan rənglər bunlardır: Titan Gümüşü, Göl Mavisi və Gecəyarısı Qara.

Son xəbərlər