Hamiləlikdən sonra özgüvən bərpası mümkündürmü? - FOTO
Bu mənəm? - Uzman Plastik cərrah Dr. Vüqar Ələkbərov yazır.
Axırıncı dəfə nə zaman güzgüyə baxdığınızda "Bu mənəm?" demisiniz?
İnsanların estetik cərrahiyyə olaraq nə etdirməsi lazımdır? Bu mövzuda səhv yol göstərildiyini düşünürəm.
Ölkəmizdə hər gün artan plastik cərrahlar və estetik prosedur edən mütəxəssis görürük. Pasientlər düşünür ki, estetik cərrahiyyə sonrası özgüvəni bərpa olunacaq. Özgüvən insanın ruhuyla əlaqədardır. Ruhun bərpası isə çətindir. Elə buna görə də plastik cərrahiyyə əməliyyatlarını etdirəndə minimum dəyişikliklərdən başlamaq lazımdır.
Yaraşanı seçmək və səni daha gözəl "sən" edəcək prosedura qərar vermək lazımdır. Əməliyyat nəticəsinda təbiiliyin qorunmasına diqqət etmək lazımdır. Mən müraciət edən hər 10 pasientdən təxminən 5-ni əməliyyata qəbul etmirəm. Bəzən saç stilini dəyişmək və ya gülüş insanı gözəl göstərə bilər. Estetik cərrahiyyə antik Misirdə və antik Yunanıstanda ölülər üzərində başlayıb. Daha sonra Fironlar öz heykəlləri üzərində dəyişiklik etdiriblər. İnsanlar hər zaman gözəllik arzusunda olublar.
Mən bu peşəni seçəndə fərqinə vardım ki, diqqətli olmalıyam. Gözəllik insanlar üçün dəyərlidir. Sinəsi kiçik qadınlar corab doldurur, saçı tökülmüş bəylər başqa yollarla örtməyə çalışır. Hamiləlik sonrası bədən forması pozulan xanımlar həyat yoldaşından utanır. Özgüvən azalması artaraq davam edir. Mən onları dəyişdirmirəm, özgüvənini geri gətirəcək şəkildə minimum əməliyyatla gözəlliklərini geri gətirməyə çalışıram.
Plastik cərrahiyyə əməliyyatlarından sonra pasientlərim "Bəli, bu mənəm! Həyat gözəldir!" dedikləri zaman doğru bir şey etdiyimi düşünürəm və "nə yaxşı ki, bu peşəni seçmişəm" deyirəm.
Qalereya
Oxşar xəbərlər
Sezen Aksu Azərbaycanda xeyriyyə aksiyası keçirdi - FOTO
Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. BAKU.WS xəbər verir ki, aksiya Bakıda 1 saylı körpələr...