“Soliton” Mağazalar Şəbəkəsi şəhid övladlarını sevindirdi - FOTO/VİDEO

“Soliton” Mağazalar Şəbəkəsi şəhid övladlarını sevindirdi - FOTO/VİDEO
Foto Video
Promo 1770

Soliton Mağazalar Şəbəkəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün əyləncəli tədbir həyata keçirdi.

Tədbirin təşkilinə həssas və diqqətlə yanaşan Soliton komandası uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar və oyunlar həyata keçirmişdir.

Tədbir üçün müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Tədbirin bir hissəsi olan Food Blogger Nigar xanımla birlikdə uşaqlar üçün master klass keçirilmiş və ləzzətli kokteyllər hazırlanmışdır.

"Soliton şirkəti olaraq bu tədbirə sevgi və diqqətlə yanaşdıq. Vətən uğrunda canından keçən hər bir qəhrəmanımızın övladı bizim üçün çox dəyərlidir. Ümid edirik ki, birlikdə keçirdiyimiz bir gündə onlar üçün xoş xatirə yarada bildik.

Uşaqlar bizim gələcəyimizdir və gələcək onların əlindədir. Atdıqları hər addımda onlara dəstək olmaq, onları qorumaq, sevgi ilə böyümələrinə dəstək olmaq bizim borcumuzdur. Bütün uşaqları 1 İyun - Uşaqların Beynəxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirik".

Son xəbərlər