Aysel Teymurzadə ilə Safuranın bu performansı gündəm oldu

Aysel Teymurzadə ilə Safuranın bu performansı gündəm oldu
Video
Şou-biznes 1628

"Avroviziya" iştirakçılarımız Aysel Teymurzadə ilə Safura Əlizadə yeni videoları ilə diqqət çəkiblər.

BAKU.WS xəbər verir ki, sənətçilər bir araya gələrək ölkəmizi illər əvvəl "Avroviziya"da təmsil etdikləri mahnıların qısa versiyasını səsləndiriblər.

Sözügedən ifalar "Drip-drop" və "Always"dir.

Hər iki məşhurun bu performansıə sosial şəbəkələrdə viral olub. Bir çox izləyici kütləsi böyük olan platrormalarda paylalşılaraq xeyli marağa səbəb olub.

Xatırladaq ki, müğənnilər Aysel Teymurzadə və Araş Ləbaf 2009-cu ildə ölkəmizi "Always" mahnısı ilə təmsil edib. Onlar 3-cü yeri qazanıblar.

Safura Əlizadə isə Azərbaycanı 2010-cu ildə "Avroviziya"da təmsil edib. İfaçı "Drip-drop" mahnısı ilə 5-ci yerə sahib olub.

Bu il isə Azərbaycanı "Avroviziya"da müğənnilər Fəxri İsmayılov və İlkin Dövlətov təmsil ediblər.

"Özünlə apar" mahnısını səsləndirən ifaçılar finala vəsiqə qazana bilməyiblər.

Oxşar xəbərlər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...

110 Şou-biznes 18:46 17 yanvar 2026

Son xəbərlər